Əsas məzmuna keç

Zelenski NATO-ya üzvlükdən bu şərtlərlə imtina etdi- TƏCİLİ

Ukrayna Prezidenti Volodimir Zelenski Berlində keçirilən biznes forumda çıxışı zamanı bildirib ki,  ötən gün və bu gün ABŞ tərəfi ilə məsləhətləşmələr aparılıb və bu dialoq son dərəcə vacib olub. Zelenski deyib ki, bu cür danışıqlar həmişə çətin keçir və müzakirələr zamanı çoxsaylı detallar nəzərdən keçirilib.

ABŞ nümayəndə heyəyi Zelenskiyı ərazi güzəştləri ilə bağlı təzyiq etsə də, Zelenski bu təzyiqləri və təhdidləri rədd edib. Lakin o, ABŞ və Aİ- nin hüquqi sənəd və vədləri ilə NATO- ya üzvlük cəhdlərindən imtina etməyə razı olub. Tezadlar.az Ukraynanın NEXTA portalına istinadla xatırladır ki, Zelenskinin bu qərarı ABŞ nümayəndələrini Rusiya rəsmilərindən daha çox sevindirib.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…