Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Rusiya hərbi əməliyyatları intensivləşdirib və hücumlar zamanı daha çox ballistik raketlərdən istifadə edir”. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski açıqlama verib. “Ruslar döyüş gücünü artırıblar. Onlar zərbələr zamanı daha çox ballistik silah tətbiq edirlər. Bu isə o deməkdir ki, bizə daha güclü hava hücumundan müdafiə sistemi, daha böyük avadanlıq ehtiyatı və daha effektiv regional əməliyyatlar lazımdır,” – deyə Zelenski video-müraciətində vurğulayıb.
Prezidentin sözlərinə görə, Ukrayna Avropa İttifaqı ilə birlikdə Rusiyaya qarşı sanksiyaların 20-ci paketini hazırlayır: “Biz gözləyirik ki, sanksiyaların 20-ci paketi bir ay ərzində hazır olacaq. Təklif edirik ki, bu paketə enerji resurslarından hələ də gəlir əldə edən Rusiya hüquqi və fiziki şəxsləri əlavə olunsun,” – deyə Zelenski qeyd edib. Zelenski onu da vurğulayıb ki, Rusiya hərbi sənayesini dəstəkləyən bütün sahələrə təzyiqin artırılması vacibdir.
Rusiyanın Ukraynaya qarşı bütün hərbi güc vasitələrindən istifadəsi və faktiki hansısa bir uğurlu nəticəyə gəlməməsi, əksinə, onun hərbi gücünün təsəvvür edildiyindən də zəif olduğunu göstərməkdədir.
A.Məmmədli