Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 May 2025 / 08:13

Zelenski Trampı sevindirdi- Saziş imzalandı. Putin isə əsəbidir…

Nəhayət, Vaşinqton və Kiyev ABŞ-ın Ukraynanın mineral ehtiyatlarına çıxış əldə etməsi ilə bağlı sazişi imzaladı. Tezadlar.az xəbər verir ki, bu barədə rəsmi mənbələrə istinadən CNN və “Bloomberg” məlumat yayıb. Məlum olur ki, saziş ABŞ-a Ukraynanın təbii ehtiyatlarının, o cümlədən alüminium, qrafit, neft və təbii qazın işlənməsi üçün yeni investisiya layihələrinə imtiyazlı çıxış imkanı verəcək. Məlumatda bildirilib ki, Ukrayna və ABŞ rəsmiləri mətn üzərində həftələrlə müzakirə apardıqdan sonra bu həftənin əvvəlində ukraynalı nümayəndə heyəti yekun detalları dəqiqləşdirmək üçün Vaşinqtona səfər edib. Hər iki tərəf əsas mətnin üzərində üzərində razılığa gəliblər. Lakin ayrı-ayrı mətnlərdə yazılmış texniki detallar yenidən müzakirə olunub.

Beləliklə, bu Saziş əslində o deməkdir ki, ABŞ dolayısı ilə Ukraynanın istismar ediləcək təbii sərvətləri olan ərazilər də daxil, ölkənin təhlükəsizliyinə qarant olur. Başqa sözlə, Rusiya bundan sonra Ukrayna ərazisini işğal etmək barədə düşünməməlidir, əks halda, qarşısında ABŞ- ı görməlidir. Hüquqi məntiq budur.

Bəs Rəsmi Moskva nə düşünür? Rusiyanın sosial şəbəkə istifadəçiləri isə yazır ki, bu Sazişin imzalanması Putinin əhvalını pozmaya bilməz… Rusiya Ukrayna ilə bağlı bir çox məsələlərdə uduzur və Ukraynanı bununla da itirir…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!