Əsas məzmuna keç

Zelenski Ukraynada elektrik kəsilməsinin başa çatdığını elan edib

Ukrayna lideri Vladimir Zelenski öz Telegram kanalında Slavutiçdə və keçmiş Çernobıl Atom Elektrik Stansiyasının (AES) ərazilərində elektrik kəsilməsinin başa çatdığını elan edib.

Tezadlar.az xəbər verir ki, onun sözlərinə görə, işıqların kəsilməsi üç saatdan çox davam edib. Bu məlumatı MAQATE də təsdiqləyib.

Bundan əvvəl Ukraynanın şimalındakı Sumı vilayətinin bir hissəsinin elektrik enerjisinin verilmədiyi bildirilirdi. Elektrik enerjisinin kəsilməsi mühüm infrastrukturun zədələnməsi səbəbindən baş verib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…