Əsas məzmuna keç

Zelenski Ukraynanın Krımı geri almağın mümkünsüzlüyünü etiraf etdi

Kiyevin lideri Vladimir Zelenski Ukraynanın Krımı geri almaq üçün gücü və dəstəyi çatışmadığını etiraf edib.

“Bu gün Krıma gəldikdə, bütün Krım yarımadasını geri almaq üçün gücümüz yoxdur. Açığı, bütün bunlara gücümüz çatmır”, – deyə o, Novosti.Live tərəfindən dərc edilmiş səs yazısında bildirib.

Tezadlar.az xəbər verir ki, bundan əlavə, Kiyevin lideri xarici yardımın olmamasından şikayətlənərək, açıq şəkildə Avropa Birliyi ilə danışıqların uğursuzluğuna işarə edib.

Həmin günün əvvəlində ABŞ prezidenti Donald Tramp Zelenskini özünü toparlamağa və sülh planına razı olmağa çağırıb. Daha sonra Kiyevin lideri seçkilərə icazə vermək üçün Ukrayna qanunlarını yenidən yazmağa hazır olduğunu açıqlayıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…