Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Hüseyn Cəfərovun cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.
Tezadlar.az xəbər verir ki, hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən məhkəmə tərkibi Hüseyn Cəfərovun 10 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan edib.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Hüseyn Cəfərovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Hüseyn Cəfərov dekabrın 1-də Cinayət Məcəlləsinin 126.3 -cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilib, müstəntiqin vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.







