Əsas məzmuna keç

“14 kvadratlıq evdə 7 nəfər yaşayırdıq” – Xuraman Şuşalıdan ağır etiraflar

Müğənni Xuraman Şuşalı səsləndirdiyi səmimi etiraflarla diqqət çəkib.

Tezadlar.az xəbər verir ki, sənətçi uşaqlıq və gənclik illərində yaşadığı ağır günləri xatırlayaraq bildirib:

“O vaxt çox elçim olub, amma utanırdım yataqxanadan gəlin köçməyə. Demişdim ki, ordan çıxmayacağam. Bacım da həmin yataqxanadan ər evinə getmişdi, həmişə başına söz atırdılar: ‘Hardan gəlmisən ki?’ Bəlkə də özünə xoş gəlməz eşitsə. Öz istəyimiz olmadan evimizdən, yurdumuzdan didərgin düşdük. 14 kvadratlıq evdə 7 nəfərlik ailə yaşayırdı. Ümumi ayaqyolundan istifadə edirdik, siçanlarla dolu idi”.

Sənətçi o illərin onun üçün çox ağır keçdiyini vurğulayıb:

“Mənim günahım nə idi ki, 8 yaşından belə şəraitdə yaşayırdım? O yaşdan xəstə ana və atanın üzünə baxmalı oldum. Məktəbdə verilən nahara ehtiyacım olurdu”.

Xuraman Şuşalı həyatdakı uğurlarının məhz o çətinliklərdən keçməklə formalaşdığını deyib:
“Bu gün nə əldə etmişəmsə, səbəbi bir məqsədimin olmasıdır. Anam üçün nəsə etməliydim”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…