Qaxda işə düzəltmək adı ilə vətəndaşların 17 min manatını ələ keçirən şəxs həbs olunub… Tezadlar.az Daxili İşlər Nazirliyinin saytına istinadla bildirir ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş 47 yaşlı Arif İbrahimov saxlanılıb. O, zərərçəkmişləri işlə təmin edəcəyinə dair yalan vədlər verərək aldadıb və iki rayon sakininin 17 min manatını ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə A.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib.
Arif İbrahimov özü bekar, yəni işsiz-gücsüz bir adamdı. Aldadılan vətəndaş da bilmir ki, işə düşəldəndirsə, elə özünə bir iş tapardı. Daha doğrusu, “Keçəl dərman tapsa, elə ilk növbədə öz başına yaxar!”.
Bax belə!
Elşad