Əsas məzmuna keç

17 yaşlı qızın toy məclisi təxirə salındı

Ağdaş rayonunda yetkinlik yaşına çatmayan şəxsin toyunun keçiriləcəyi barədə daxil olmuş müraciət üzrə polis tərəfindən araşdırma aparılıb.

Tezadlar.az xəbər verir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı rayon Polis Şöbəsinin əməkdaşları zəruri bütün tədbirləri icra edib.

Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Polis əməkdaşları, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Planlaşdırılan toy məclisi isə təxirə salınıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…