Əsas məzmuna keç

18 yaşlı Dro Fernandes Paris yolunda

Parislilər “Barselona”nın yetişdirməsi olan daha bir istedadlı futbolçu müqavilə imzalamağa yaxındırlar. 

Tezadlar.az xarici KİV-ə istinadla məlumatına görə, PSJ 18 yaşlı hücumameyilli yarımmüdafiəçi Dro Fernandesin transferi üçün kataloniyalılarla razılığa gəlib. Gənc ispan futbolçunun tezliklə Fransa paytaxtına gələcəyi gözlənilir.

Fernandesin sərbəst qalma məbləği cəmi 6 milyon avrodur. Daha əvvəl onun oyun vaxtı az olduğu üçün “Barselona”dan ayrılmaq istədiyi bildirilib – o, bu mövsüm beş oyunda meydana çıxıb və cəmi 148 dəqiqə meydanda olub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…