Əsas məzmuna keç

24 nömrəli marşrutun hərəkəti dəyişdi

Bakının Təbriz küçəsində, metronin “Nəriman Nərimanov”  stansiyasının ətrafında aparılan təmir işləri ilə əlaqədar 24 saylı marşrutun hərəkət sxemi dəyişdirilib. 

Tezadlar.az xəbər verir ki, AYNA-dan bildirilib ki, təmir işləri yekunlaşanadək 24 saylı marşrutun son dayanacaq məntəqəsi Ağa Nemətulla küçəsində təyin edilib.

Marşrut üzrə avtobusların Bakıxanov qəsəbəsi istiqamətində hərəkəti Ağa Nemətulla, Fətəli xan Xoyski və Əhməd Rəcəbli küçələri ilə, daha sonra isə mövcud sxem üzrə təşkil olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…