Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün Xocalı rayonunun Xanabad, Təzəbinə, Badara, Daşbulaq, Seyidbəyli kəndlərinə, Ağdərə rayonunun Aşağı Oratağ, Vəngli, Həsənriz, Kolatağ kəndlərinə, Cəbrayıl şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən tezadlar.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Bu mərhələdə 3 rayonun 11 yaşayış məntəqəsinə cəmi – 66 ailə (259 nəfər) köçürülüb. Belə ki, Xocalı rayonunun 5 yaşayış məntəqəsinə, cəmi – 28 ailə (106 nəfər), Ağdərə rayonunun 4 yaşayış məntəqəsinə, cəmi – 25 ailə (96 nəfər), Cəbrayıl rayonunun 2 yaşayış məntəqəsinə, cəmi – 13 ailə (57 nəfər) köçürülüb. Beləliklə, 24.07.2026-cı il tarixindəki köç də nəzərə alınmaqla ümumilikdə 1 şəhər, 10 rayonun 47 yaşayış məntəqəsində 9 458 ailə (38 179 nəfər) məskunlaşmış olacaqdır.
Yurda qayıdışımız əbədi olsun!
A.Məmmədli