Əsas məzmuna keç

37 YAŞINDA QƏTLƏ YETİRİLƏN JURNALİSTİN AİLƏSİ VƏTƏNƏ GƏLİB – FOTO

2005-ci ildə sifarişlə qətlə yetirildiyi deyilən məşhur jurnalist – “Monitor” jurnalının baş redaktoru və təsisçisi Elmar Hüseynovun ailəsi uzun illərdən sonra Azərbaycana gəlib. 

Məlumata görə, jurnalistin həyat yoldaşı Rüşaniyyə Hüseynova və oğlu Aslan 17 il sonra Bakı ilə yanaşı Şuşaya da səfər edib.

tezadlar.az xəbər verir ki, bu səfəri Diasporla İş üzrə Dövlət Komitəsi təşkil edib.

Qeyd edək ki, ailəsi mərhum jurnalistin məzarını da ziyarət edib.

elmar-qebir-2

Xatırladaq ki, Elmar Hüseynov 2005-ci il martın 2 -də, saat 21:00 radələrində, işdən evə qayıdarkən paytaxtın Nizami rayonu Qara Qarayev küçəsi 39 nömrəli evin üçüncü mərtəbəsində, naməlum şəxs tərəfindən yaxın məsafədən odlu silahdan açılmış atəş nəticəsində – 7 güllə ilə qətlə yetirilib.

O,ailəli idi. Ölümündən sonra həyat yoldaşı və Aslan adlı bir oğlu qalıb. Atası qətlə yetiriləndə Aslan 1 yaş 4 aylıq olub. 2006-cı ilin sonlarında jurnalistin ailəsi Norveçdən siyasi sığınacaq alaraq, bu ölkəyə mühacirət ediblər.

 

Y.MƏMMƏDLİ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…