Əsas məzmuna keç

37 yaşlı müəllimin ölümü hamını üzdü

İmişlidə gənc müəllim vəfat edib.

Tezadlar.az xəbər verir ki, rayonun 8 nömrəli tam orta məktəbində hərbi hazırlıq fənnini tədris edən Zaur Şükürov 37 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Z.Şükürov 1989-cu ildə İmişlinin Əliqulular kəndində anadan olub.

Gəncə Dövlət Universitetinin Tarix fakültəsini bitirib. O, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olub.

Mərhumun bir övladı yadigar qalıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…