Əsas məzmuna keç

400-DƏN ÇOX KOMFORTLU MƏKTƏB TİKİLƏCƏK – ÖLKƏ BAŞÇISI DİQQƏTİ TƏHSİLƏ YÖNƏLTDİ

840 mindən çox şagird yeri yaradılacaq.

Dövlət başçısı Kasım Jomart Tokayevin tapşırığı ilə 2023-2025-ci illərdə Qazaxıstanda “Komfortlu məktəb” milli layihəsi çərçivəsində 400-dən çox rahat məktəb tikiləcək. Qazaxıstan Respublikası Baş nazirinin müavini Altay Kulginovun sədrliyi ilə keçirilən  iclasda layihənin həyata keçirilməsi məsələlərinə baxılıb.

Milli layihənin icrası sayəsində respublikada iki növbədə 840 mindən çox şagird yeri yaradılacaq. Altay Kulginov  xüsusi ehtiyac olan şəhər və rayonlarda yeni formatlı məktəblərin tikintisinin vacibliyini vurğulayıb.

Məktəblərin 2 il ərzində tikilməsi planlaşdırılıb.

  JASMİN

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…