ALMANİYADA FEDERAL SEÇKİLƏR: ABDULKADİR İNALTƏKİN BERLİNDƏN “TƏZADLAR”A YAZIR

Oxunma sayı: 133

Almaniyada Federal Seçki Uğuru və Şərq-Qərb Almaniya Ayrılığı: 2025 Almaniya Federal Seçkilərinə Sosyo-Siyasi Bir Baxış…

Almaniyada yaşayan tanınmış şair, politoloq Əbdülqadir İnaltəkin ölkədə keçirilən federal seçkilərlə bağlı “Təzadlar”ın suallarını cavablandırıb. Aşağıda dəyərli Abdulkadir bəyin analitik baxışlarını təqdim edirik:

Xülasə
21 fevral 2025-ci il tarixində keçirilən erkən ümumi seçkilər Almaniya siyasətində köklü dəyişikliklərin və dərin sosial ayrılıqların əlamətlərini göstərmişdir. Təxminən 59 milyon 200 min seçicinin 82,5%-lik bir iştirak nisbəti ilə səsverməyə qatılması, seçkiyə olan yüksək marağı ortaya qoymuşdur. Bu yüksək iştirak nisbəti, seçicilərin mövcud siyasi və iqtisadi vəziyyətlərdən narazılıqları və gələcəyə dair gözləntiləri ilə birbaşa əlaqəlidir. Seçki nəticələri həm partiyalar arasındakı güc nisbətlərinin dəyişdiyini, həm də Şərq və Qərb Almaniya arasındakı siyasi üstünlüklərin əhəmiyyətli dərəcədə fərqləşdiyini göstərmişdir.

Seçki Nəticələrinə Ümumi Baxış
2025-ci il seçkilərində Xristian Demokratik Birliyi (CDU/CSU) 12%-lik səs artışı ilə yenidən birinci parti mövqeyini tutmuş, Almaniya üçün Alternativ (AfD) isə 69%-lik səs artışı ilə tarixi bir yüksəliş əldə etmişdir. Bununla yanaşı, Almaniya Sosial Demokrat Partiyası (SPD) tarixindəki ən ağır məğlubiyyətini yaşayaraq 86%-lik səs itkisinə uğramışdır. Birlik 90/Yaşıllar Partiyası isə 33%-lik səs itkisi ilə ciddi olaraq geriləyibdi. Əksinə, Sol Partiya (DIE LINKE) 25%-lik səs artışı ilə yenidən güclənib.
Sahra Wagenknecht rəhbərliyində qurulan yeni BSW partiyası, 5%-lik seçki baryerini bir balaca keçə bilməyərək parlamentdən kənarda qalmışdır. Azad Demokratik Partiya (FDP) isə 4,33%-lik səs nisbəti ilə Federal Məclisdə təmsil olunma hüququnu itirmişdir.

Şərq və Qərb Almaniya Arasındakı Seçici Üstünlükləri
2025-ci il seçki nəticələri, Şərq və Qərb Almaniya arasındakı siyasi meyllərin ayrılmasının davam etdiyini bir daha ortaya qoymuşdur. Qərb Almaniyasında ənənəvi mərkəz sağ partiyalar olan CDU/CSU və Avropa-sol meylli Yaşıllar hələ də əhəmiyyətli bir seçici dəstəyinə sahibdirlər, lakin Şərq Almaniyasında AfD və Sol Partiyanın güclənməsi diqqətəlayiqdir.
Bu ayrılıq yalnız ideoloji fərqlərlə açıqlana bilməz; tarixi irs, iqtisadi bərabərsizliklər və sosial-mədəni dinamikalar da bu prosesin müəyyənedici amilləridir. Şərq Almaniyasının iqtisadi transformasiya prosesi zamanı yaşadığı çətinliklər, sosial təhlükəsizliklərə duyulan narahatlıqlar və miqrasiya kimi mövzular seçici davranışına birbaşa təsir edir.

Şərq Almaniyasında AfD-nin Yüksəlişi
AfD-nin Şərq Almaniyasında əldə etdiyi güclü dəstək, uzun müddətdir davam edən iqtisadi qeyri-müəyyənliklər, infrastruktur çatışmazlıqları və mərkəzi hökumətə duyulan etibarsızlıqlabirbaşa əlaqəlidir. Miqrasiya və təhlükəsizlik siyasətləri, Şərq Almaniya seçiciləri üçün ən həssas mövzuların başında gəlir.
AfD-yə səs verən seçicilərin 68%-i partiyanın təklif etdiyi siyasətləri dəstəklədiklərini bildirmiş, 29%-i isə mövcud hakimiyyətə qarşı etiraz məqsədilə bu AfD-yə səs verdiklərini bildiriblər. Xüsusilə kənd bölgələrində, iqtisadi marginallaşma və yerli inkişaf problemləri AfD-nin populyarlığını artıran amillər olmuşdur.

AfD-nin “Xaricilər GedinŞüarı və Onun Siyasi və Sosial Təsirləri
Almaniya üçün Alternativ (AfD) Partiyasının son illərdə istifadə etdiyi ən provokativ və mübahisəli şüarlardan biri Xaricilər Gedinifadəsidir. Bu şüar yalnız aşırı sağçıirqçitəbəqə arasında deyil, Alman siyasətində və ictimaiyyətdə də dərindən rezonans yaratmış, ciddi müzakirələrə səbəb olmuşdur. Həm daxili siyasət, həm də beynəlxalq səviyyədə sərt tənqidlər alan bu ifadə, AfD-nin xüsusilə Şərq Almaniyada artan səs nisbətləri ilə paralel bir yüksəliş göstərmişdir.

Seçicilər Üzərindəki Təsiri
Xaricilər Gedin şüarı, xüsusilə Şərq Almaniyasındakı etiraz seçicisi üzərində təsirli olmuşdur. Qloballaşma, sənayeləşmənin tənəzzülü və miqrasiya kimi proseslər nəticəsində özlərini iqtisadi və sosial olaraq kənarda hiss edən təbəqələr, AfD-nin bu sərt və istisna edən təbliğatına meyl edibdir. Bu ifadə, xüsusilə kənd bölgələrində və iqtisadi inkişafdan yetərincə istifadə edə bilməyən kənd, qəsəbə kiçik şəhərlərdə ciddi qarşılıq tapmışdır.
AfD, bu şüarı istifadə edərək sistemə qarşı etiraz edən seçiciləri mobilisə etmiş və özünü sistemə qarşı, xalqın gerçək səsi olaraq təqdim etmişdir. Xaricilərqaçqınlar, bu strategiya çərçivəsində mövcud sosial və iqtisadi problemlərin başlıca səbəbkarları olaraq göstərilmiş və bu şüar bəzi seçicilər tərəfindən tez və açıq bir həll təklifi olaraq qəbul edilib.

Digər Partiyalar Üzərindəki Təsiri
AfD-nin bu sərt şüarı, xüsusilə mərkəz sağ və mərkəz sol partiyalarını çətin vəziyyətdə qoymuşdur. CDU/CSU və SPD kimi partiyalar, AfD-nin miqrasiya və təhlükəsizlik mövzusunda radikal təbliğatlarına qarşı daha ehtiyatlı və balanslı bir dil istifadə etməyi tələb ediblər, lakin bu, bir çox seçici tərəfindən qeyri-müəyyənlik və ya qərarsızlıq olaraq qiymətləndirilib.
Xüsusilə CDU lideri Friedrich Merz, bir tərəfdən AfD-ni xaric etmə siyasəti olan “təhlükəsizlik divarı” prinsipini qoruyarkən, digər tərəfdən miqrasiya siyasətində AfD-nin tələblərinə yaxınlaşan ifadələr irəli sürmək məcburiyyətində qalmışdır. Bu tarazlıq axtarışı, CDU-nun ənənəvi mərkəz sağ bazasında bir bölünməyə səbəb olmuşdur.
SPD və Yaşıllar isə bu şüara qarşı insan hüquqları və inteqrasiya vurğusunu ön plana çıxarmış, lakin bu təbliğat xüsusilə Şərq Almaniyada təsirli olmamışdır. Beləliklə, AfD-nin gündəmi müəyyən etdiyi bir siyasi atmosfer yaranmış və digər partiyalar AfD-nin təbliğatına qarşı mövqe almaq məcburiyyətində qalmışdır. Bu vəziyyət, Alman siyasətində gündəm müəyyən etmə gücünün qismən AfD-yə keçməsinə səbəb olmuşdur.

Cəmiyyətin Qütbləşməsi və Ayrılması
“Yadellilər Xaricə” şüarı yalnızca siyasi arenada deyil, həm də cəmiyyətdə ciddi bir qütbləşməyə səbəb olmuşdur.
• Miqrant mənşəli fərdlər, bu şüarı birbaşa varlıqlarına yönəlik bir təhdid kimi qəbul etmiş və cəmiyyət içində kənarlaşdırılma hissini dərinləşdirmişlər.
• Yadellilər düşmanlığını rədd edən vətəndaş cəmiyyəti təşkilatları, belə şüarların demokratik dəyərlərlə uyğun gəlmədiyini vurğulamış və etiraz aksiyaları təşkil etmişlər.
• AfD-nin bu şüarı qəbul etməsi, xüsusilə irqçi hücumların və miqrantlara qarşı nifrət cinayətlərinin artmasına zəmin hazırlamışdır. Xüsusilə 2025-ci il seçki prosesi zamanı bu cür hadisələrdə ciddi artımlar müşahidə olunmuşdur.
AfD-nin təbliğatı, yalnızca miqrantları deyil, Almaniyanın çoxmədəniyyətli strukturuna inanan geniş bir kütləni də narahat etmişdir. Almaniyanın II Dünya Müharibəsindən sonra inkişaf etdirdiyi çoğulçuluq, dözümlülük və inteqrasiya siyasətləri, bu cür sərt və dışlayıcı təbliğatlarla birbaşa hədəf alınmışdır.

Beynəlxalq Təsirlər
AfD-nin miqrant əleyhinə və ayrı-seçkilik yönlü təbliğatı, Almaniyanın beynəlxalq nüfuzuna da zərər verməkdədir.
• Avropa İttifaqı qurumları, bu cür şüarların həm Avropa dəyərlərinə, həm də insan haqlarına zidd olduğunu vurğulamaqdadır və Almaniyadakı sağ popülist dalğaları yaxından izləyirlər.
• Türkiyə başda olmaqla, Almaniyadakı böyük miqrant qruplarının vətənləri də bu təbliğata sərt etirazlarını bildirməkdədir. Türkiyə hökuməti, Almaniyadakı türk cəmiyyətinin hədəf göstərilməsinə qarşı diplomatik təşəbbüslərdə bulunmuş və Almaniya rəsmilərini, irqçi təbliğata qarşı daha qətiyyətli addımlar atmağa çağırmışdır.

Siyasətin Gələcəyi və Demokratik Dözümlülük
AfD-nin bu təbliğatı yalnızca bir seçki strategiyası olaraq qiymətləndirilməməlidir. Belə radikal şüarlar, demokratik mədəniyyətin zədələnməsinə, fərqli təbəqələr arasındakı etimadın sarsılmasına və siyasi dilin sərtləşməsinə səbəb olmaqda həm də cəmiyyətdə mənfi təsir yaratmaqda rol oynamışdır. Mütəxəssislər, AfD-nin bu təbliğatlar vasitəsilə qələbə qazansa belə, uzun müddətdə Almaniya demokratiyasına və cəmiyyətin əmin-amanlığına ağır ziyan vuracağını xəbərdar etməkdədirlər.
AfD-nin təbliğatlarına qarşı effektiv mübarizə yalnız partiya səviyyəsində deyil, eyni zamanda media, vətəndaş cəmiyyəti və təhsil qurumları kimi bütün sahələrdə həyata keçirilməsi lazım olan genişmiqyaslı bir prosesdir. AfD-nin “Yadellilər Xaricə” kimi şüarlarla cəmiyyətdə qorxu və ön yargıları siyasi sərmayəyə çevirməsi, Almaniyada demokratik dözümlülüyü sınayan ən önəmli imtahanlardan biri olaraq qiymətləndirilir.

Qərbi Almaniyada Mərkəz Partiyalarına Qismən Dəstək Davam Edir
Qərbi Almaniyada CDU/CSU və Yaşıl Partiyalar, əhəmiyyətli dərəcədə səs itirmələrinə baxmayaraq, seçici dəstəyini böyük ölçüdə qoruyub saxlamışdır. Qərbdə seçicilər, iqtisadi sabitlik, Avropa İttifaqı ilə uyğunluq və ətraf mühit siyasətləri kimi mövzulara üstünlük verməyə davam edirlər.
Bununla yanaşı, Qərbi Almaniyada da AfD-nin səslərini artırması, miqrasiya və təhlükəsizlik narahatlıqlarının yalnız Şərqi Almaniya ilə məhdudlaşmadığını göstərməkdədir. Xüsusilə böyük şəhərlərin kənar məhəllələrində və iqtisadi durğunluğun hiss edildiyi ərazilərdə AfD-ə meyl diqqət çəkir.

Koalisiya Ehtimalları və “Təhlükəsizlik Divarı” Müzakirələri
Federal Məclisdə hökumət qurmaq üçün 316 mandat tələb olunur. 2025-ci il seçkilərinin nəticələrinə əsasən, CDU/CSU 208, AfD 152, SPD 120, Yaşıl Partiya 85, Sol Partiya 64 və Danimarka Azlıq Partiyası SSW 1 mandat qazanmışdır.
Riyazi olaraq, CDU/CSU və SPD-nin quracağı böyük koalisiya 328 mandatla əksəriyyəti təmin edə bilər. Lakin ictimai rəy sorğuları, seçicilərin yalnız 38%-nin bu koalisiyanı müsbət dəyərləndirdiyini, 47%-nin isə mənfi qiymətləndirdiyini göstərir.
AfD-nin seçkilərdəki uğuruna baxmayaraq, digər partiyalar AfD ilə koalisiya qurmayacaqlarını açıqlamışdır. 2013-cü ildən tətbiq olunan və AfD-ni istisna etməyi məqsəd qoyan “təhlükəsizlik divarı” prinsipi bütün demokratik partiyalar tərəfindən qəbul edilmişdir. Lakin CDU rəhbəri Friedrich Merz-in miqrasiya qanunu ilə bağlı AfD-nin dəstəyini alması, bu divarın faktiki olaraq aşılacağına dair müzakirələri başlatmışdır.

SPD-nin Tarixi Məyusluğu və Səbəbləri
SPD-nin tarixi məğlubiyyəti, partiya rəhbərliyinin böhran idarəetməsindəki yetərsizlikləri və xüsusilə Şansölye Olaf Scholz-un zəif liderlik profili ilə əlaqələndirilir.
• Ekonomik böhran qarşısında təsirsiz qalınması,
• Miqrasiya və sığınacaq siyasətlərində qeyri-müəyyənlik,
• Partiya içindəki ideoloji parçalanmalar,
• Sosial ədalət vədlərinin yerinə yetirilməməsi kimi amillər SPD-nin səs itirməsini sürətləndirmişdir.

CDU/CSU-nun Yüksəlişi və Friedrich Merz Faktorları
CDU/CSU, xüsusilə iqtisadiyyat və təhlükəsizlik sahələrində seçicilərə inam verən mesajları və Friedrich Merz-in güclü liderlik nitqi ilə ön plana çıxmışdır. Merz, seçicilər arasında 34%-lik dəstək nisbəti ilə şansölyə namizədləri arasında ən yüksək səviyyədə yer almışdır.

Seçici Eğilimləri və Öne Çıxan Gündemlər
2025-ci il seçkilərində seçicilərin ən çox önəm verdiyi mövzular bunlardır:
• Sülh və təhlükəsizlik (%51)
• İqtisadiyyat (%40)
• Sosial ədalət (%34)
• Suriyalılar və qaçqınlar (%28)
• Pensiya (%22)
• Ətraf mühit və iqlim siyasətləri (%20)

CDU/CSU iqtisadiyyat və təhlükəsizlik siyasətlərində etibarlı hesab edilsə də, AfD qaçqın və sosial ədalət mövzularındakı nitqləri ilə xüsusilə Şərqi Almaniyada geniş seçici dəstəyi qazanmışdır.

Türkiyə Mənşəli Millət Vəkilləri
2025-ci il seçkilərində Federal Məclisə 19 Türkiyə mənşəli millət vəkili seçilmişdir:
• SPD: Hakan Demir, Metin Hakverdi, Macit Karaahmetoğlu, Mahmut Özdemir, Aydan Özoğuz, Derya Türk Nachbaur, Serdar Yüksel
• Die Linke: Gökay Akbulut, Ateş Gürpınar, Ferat Koçak, Cansın Köktürk, Cansu Özdemir, Cem Hamit İnce, Mirze Edis
• CDU: Serap Güler, Tijen Ataoğlu
• Yaşıl Partiya: Ayşe Asar, Filiz Polat
• CSU: Hülya Düber

Nəticə
2025-ci il Federal Məclis seçkiləri, Almaniyada uzun müddətdir mövcud olan Şərq-Qərb ayrımının yalnız iqtisadi və sosial sahələrdə deyil, həmçinin siyasi təmsilçilik və kimlik anlayışı səviyyəsində də dərinləşdiyini ortaya qoymuşdur. AfD-nin Şərqi Almaniyada geniş kütləvi dəstək tapması, Qərbi Almaniyada isə mərkəz partiyalarının qismən də olsa gücünü qoruması, Almaniyanın regional fərqliliklərinin siyasi kutuplaşmaya dönüşmə riskini gözlər önünə sərir. Bu vəziyyət yalnız seçki nəticələrinin deyil, həm də Almaniyanın birləşmə prosesini tamamlamamasının bir əksidir. Şərqi Almaniya hələ də iqtisadi bərabərsizliklərin, infrastruktur çatışmazlıqlarının və sosial dışlanmışlıq hissinin mərkəzi olaraq, siyasi qəzəb və etiraz reflekslərinin mərkəzinə çevrilmişdir. AfD-nin uğuru, bu tarixi və struktural zəiflikləri miqrant qarşıtlığı və mədəni təhlükə anlayışı ətrafında yenidən qurması ilə birbaşa əlaqəlidir.

Almaniyadakı Şərq-Qərb ayrımının yalnız iqtisadi deyil, siyasi və cəmiyyət səviyyəsində də dərinləşdiyini göstərmişdir. Şərqdə AfD-nin yüksəlişi, Qərbdə isə mərkəz partiyalarının qismən dəstəyini qoruması, ölkənin siyasi kutuplaşma riskini artırır.

AfD-nin “Yabancılar Dışarı” şüarı, yalnız miqrant qarşıtlığını deyil, Şərqi Alman cəmiyyətinin dışlanmışlıq hissini və Qərbə qarşı duyduğu reaksiyaları da əks etdirir. Bu şüar həm miqrantları, həm də çoxmədəniyyətli ictimai quruluşu hədəf alaraq, demokratik dəyərləri təhdid edən bir siyasi strategiyanın mərkəzinə yerləşmişdir.

Bu proses yalnız miqrasiya və kimlik siyasətləri ilə məhdudlaşmayıb, Şərq və Qərb arasındakı struktural və simvolik bərabərsizliklərin aradan qaldırılmasını tələb edən hərtərəfli bir cəmiyyət dəyişimini zəruri edir. Əks halda, kutuplaşdırıcı və dışlayıcı nitqlər Almaniyanın cəmiyyət sülhünü və demokratik bütövlüyünü təhdid edən qalıcı bir riskə çevriləcəkdir.

Berlin, 28 Fevral 2025-ci il

Mənbə:

FGW – Forschungsgruppe Wahlen, (Seçki Araşdırma Grubu)

https://www.forschungsgruppe.de/Startseite/

https://www.bpb.de

https://www.bpb.de/themen/deutsche-einheit/lange-wege-der-deutschen-einheit/47513/wahlverhalten-in-ost-und-westdeutschland-im-zeitverlauf/

Xəbəri paylaş

30 Aprel