AYNA daim tıxaclı olan Bəxtiyar Vahabzadə küçəsini daraldaraq velosiped yolu düzəltdi-FOTO

Oxunma sayı: 66
AYNA – Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi  BDU-nun əsas girişinin yerləşdiyi Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil olunması barədə məlumat yayıb. Qurumun media strukturu adından bildirilir: “Mikromobillik zolağı salınarkən: 🔹ümumi hərəkət zolaqlarının sayı saxlanılıb, 🔹sahibkarların maraqları qorunaraq avtomobillər üçün parklanma məntəqələri təşkil edilib. Həmin ərazilərdə velosipedskuterlər üçün parklanma məntəqələri də yaradılacaq”.

Sadəcə, sürücüləri ələ salma layihəsidir: Hansı ki, həmin küçədə daim tıxac olur. Velosiped zolağını yolu daraltma hesabına deyil, genişləndirmə hesabına etmək lazımdır. 3-5 velosipedçiyə görə tıxaca şərait yaratmağa, parklama təşkil edib pul-para qazanmağa nə ad vermək olar??? Bakıdakı hazırda mövcud olan tıxacın da səbəbi yolların necə gəldi parklamalara və velosipedlərə paylanmasıdır. Yollar genişləndirmədən bunları etmək yolverilməzdir. Şəxsən müşahidə edirəm, Bakının Bulvarkənarı yollarındakı, Badamdar yolundakı…  tıxacın həlli üçün hazırda yeganə çıxış yolu Lökbatan dairəsindən “Nargilə” kafesinədək alternativ yol çəkilməsidir. Trabzonda olan kimi. Məsələn, Lökbatan dairəsindən “Nargilə”yədək dənizin bulvarkənarı hissəsindən (dəniz bu ərazidə çox dayazdır, Neft Daşları kimi estakadalar təcrübəmiz var) yol çəkmək lazımdır. Vaxtilə Ziya Məmmədova bu təklifi vermişdim, bəyənmişdi… Yəni, Mərdəkan, Pirallahı, Əhmədli, Günəşli, Hövsan və s. istiqamətindən gələnlər və əks istiqamətə gedənlər niyə şəhərin mərkəzinə girməli, 8 noyabrla gedib-qayıtmalıdır??? Rayonlara gedənlər də şəhərin mərkəzindən keçib gedir…

Bax belə!

Asif MƏRZİLİ

Xəbəri paylaş

26 Aprel