Əməkdar artist Ruhəngiz Allahverdiyeva plastik əməliyyat etdirib.
Müğənni üzündə dəyişiklik etdirib. R.Allahverdiyevaya üzgərmə, burun və buxaq əməliyyatı etdirib (axşam.az).

Tezadlar.az xəbər verir ki, Ruhəngiz Allahverdiyeva 21 noyabr 1955-ci ildə dünyaya göz açıb.
O, orta məktəbini bitirdikdən sonra “Təranə gənclik” ansamblında müğənni kimi fəaliyyətə başlamışdır. 1973-cü ildən başlayaraq əvvəl Filarmoniyada, daha sonra isə “Azkonsert” qastrol birliyində “Lalə” qızlar ansamblının solisti olmuşdur. Fünyanın bir çox ölkələrində qastrol səfərində olmuşdur.
1976-cı ildə Azərbaycanda keçirilən “İstedadlar axtarırıq” festivalının qalibidir.
Hazırda Azərbaycan Az Tv-nin solistidir. 15 may 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.
JASMİN







