Əsas məzmuna keç

80 işçi qida zəhərlənməsi səbəbindən xəstəxanaya yerləşdirilib – İzmirdə

İzmirin Kemalpaşa rayonunda bir iaşə şirkətinin xidmət göstərdiyi müxtəlif müəssisələrdə çalışan 80 işçi qida zəhərlənməsi şübhəsi ilə tibbi yardıma müraciət edib. Şirkət tərəfindən paylanan yeməkləri yeyən işçilərdə ürəkbulanma və qusma hissləri yaranıb.

Tezadlar.az xəbər verir ki, eyni şirkətdən yemək alan digər müəssisələrdə də oxşar şikayətlərdən sonra 80 işçinin qida zəhərlənməsi şübhəsi ilə tibbi yardıma müraciət etdiyi məlum olub.

İzmir və Manisadakı xəstəxanalarda müalicə alan işçilərin həyati təhlükəsi olmadığı bildirilir.

Rayon Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Müdirliyinin qrupları iaşə şirkətindən qida nümunələri götürərək analiz üçün laboratoriyaya göndəriblər.

Hadisə ilə bağlı araşdırma başlanıb.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…