30 Aprel 2026 / 08:18

9 maya görə bu 3 gün qeyri- iş günü olacaq!- RƏSMİ

Alman Faşizmi üzərində qələbə günü (mayın 9-u) ilə bağlı bu il ardıcıl 3 gün qeyri-iş günü olacaq. Tezadlar.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq bu il mayın 9-u şənbə gününə təsadüf etdiyindən, həmçinin Azərbaycan Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Beləliklə, mayın 10-u bazar gününə təsadüf etdiyinə görə, 11 may qeyri-iş günü olacaq. Nəhayət, bunları nəzərə alsaq, il 9, 10 və 11 may günləri qeyri- iş günü sayılacaq.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!