90-a yaxın mədəniyyət işçisi İrandan quru yolla Azərbaycana gələcək

İsrailin raket zərbələri ilə bağlı Azərbaycan İran İslam Respublikasından təxliyələrin həyata keçirilməsinə dəstək göstərir. Tezadlar.az bildirir ki, İranda yaranmış böhran vəziyyəti bəzi ölkələrin İranda qalmış vətəndaşlarının təxliyəsinə gətirib çıxarıb. Əldə olunmuş məlumata əsasən, Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında, ölkəmiz İran İslam Respublikasından təxliyyələrin həyata keçirilməsinə dəstək göstərir. Görülən müvafiq tədbirlər nəticəsində, yaxın günlərdə bir sıra ölkələrin nümayəndələrinin və vətəndaşlarının, İranda səfərdə olan Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfər heyətinin, habelə Rusiya Federasiyasının xalq artisti və rejissor Fyodr Bondarçuk daxil olmaqla, Rusiya və digər ölkələrin vətəndaşlarının olduğu 90 nəfərə yaxın aktyor və incəsənət heyətinin quru yolla İrandan Azərbaycana gəlməsi nəzərdə tutulur.

Müharibənin daha risqli məcraya dönüşü gözlənilir. İranın da dini lideri İsraili daha ağır itkilərlə hədələyib… Dünyanın diqqəti isə bu gecə baş verəcəklərədir.

Tezadlar.az-ın bilgisinə görə, İranın əsas hərbi rəhbərliyi öldürülüb, mənzil qərərgahları raketlə vurulub. Bir prezidentdən və Dini liderdən başqa. Təhlükə isə gözlə-qaş arasındadır…

A.Məmmədli

Xəbəri paylaş

20 İyul