İtaliyanın hakim “İtaliya Qardaşları” partiyası parlamentə ictimai yerlərdə pərəncə (qadının baş və bədənini tamamilə örtən geyim – red.) və niqabı qadağan edən qanun layihəsi təqdim edib.
Bu barədə “Təzadlar” xəbər verir.
Məlumata görə, Baş nazir Corcia Meloninin partiyasının deputatları tərəfindən təqdim edilən sənəddə bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən məktəblərdə, universitetlərdə, mağazalarda və dövlət müəssisələrində üzü örtən geyimin qadağan edilməsi təklif olunur.
Qanun layihəsinə əsasən, bu qaydanın pozulmasına görə 300-3000 avro məbləğində cərimə nəzərdə tutulur.







