19 Noyabr 2025 / 08:36

Niyə təyyarənin əvvəlcə quyruğu qopub, sonra isə üç hissəyə bölünüb?

“Türkiyənin Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin “qara qutu”sunun tam oxunması xeyli vaxt aparacaq”. Tezadlar.az Haber- Türk- ə istinadla xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər söyləyib ki, əsas nəticələrin əldə edilməsi prosesi ən azı 2 ay çəkir. Nazir bildirib: “İlkin ehtimallara görə, əvvəlcə quyruq qopub. Daha sonra təyyarə 3 hissəyə bölünüb. Bunlar “qara qutu”dan çıxacaq. “Qara qutu” hazırda Türkiyə Aviasiya və Kosmik Sənaye Şirkəti tərəfindən təhlil edilir . “C130″ları 1957-ci ildən bəri istifadə edirik. 1999-cu ildə bir dəfə mühərrik yanğını olmuşdu, amma sağlam şəkildə eniş baş verdi. Bu səbəbdən, ümumilikdə etibarlı təyyarədir”.

Qeyd: noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi yük təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Təyyarədə olan 20 nəfərin hamısı həlak olub. Onların nəşi tapılıb və Türkiyəyə göndərilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!