Serbiya prezidenti vəzifəsindən istefa verən və Serbiya Tərəqqipərvər Partiyasının (SNS) rəhbərlik etdiyi “Aleksandar Vuçiç-Birləşmiş Serbiya” siyahısının baş nazir namizədi olan Aleksandr Vuçiç bu gün keçirilən növbədənkənar ümumi seçkilərdə məğlub olduqlarını açıqladı.
Tezadlar.az xəbər verir ki, Vuçiç bu açıqlamanı yerli vaxtla saat 20:00-da səsvermə başa çatdıqdan sonra Belqraddakı SNS-in qərargahında edib.
Hələ rəsmi nəticələrin olmadığını bildirən Vuçiç deyib: “Əldə etdiyimiz təsdiqlənmiş məlumatlara görə, bu seçkilərdə uduzduq. Tələbə Siyahısı qalib gəldi. Parlamentdə bizdən daha çox millət vəkili olacaq.”
Vuçiç həmişə olduğu kimi, məsuliyyətli bir şəxs kimi çıxış etdiyini bildirib və əlavə edib: “Çox gözləməməyiniz üçün əvvəlcə səsimi çıxarmaq istədim. Müxalifət olaraq biz öz töhfəmizi verəcəyik. Mübarizə davam edir.”
Ölkədə qeydiyyatdan keçmiş 6,4 milyondan çox seçici yerli vaxtla saat 20:00-a qədər 250 yerlik Serbiya Milli Assambleyasının yeni üzvlərini seçmək üçün səs verib.
Serbiya Dövlət Seçki Komissiyası (RIK) saat 19:00-a qədər seçici fəallığının 67,6 faiz olduğunu açıqlayıb.
ELBAR







