19 Noyabr 2025 / 19:33

Sabah 3 saatlıq elektrik fasiləsi olacaq

Sabah Cəlilabad rayonunun 3 kəndində elektrik enerjisinin verilişi dayandırılacaq.

Tezadlar.az-ın Muğan bürosunun məlumatına görə, fasilə elektrik verilişi xətlərində aparılacaq təmir işləri ilə əlaqədar yaranacaq.

Nəticədə sabah saat 10:00-dan 13:00-dək 110 kV-luq hava elektrik verilişi xətlərində aparılacaq təmir işləri ilə əlaqədar Cəlilabad rayonunun 3 yaşayış məntəqəsinin (Alar, Günəşli və Sabirabad kəndi) elektrik enerjisi ilə təchizatında fasilə olacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!