Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Uzun müzakirələrdən və qalmaqallardan sonra məlum olur ki, 2025-ci ilin son 10 ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 33 kosmetoloji klinikada planlı və plandankənar yoxlamalar keçirilib. Yoxlanılan bütün klinikalarda nöqsan aşkar edilib. Bu barədə tezadlar.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən cavab verilib. Kosmetoloji klinikada lisenziya olmadan iş və fəaliyyət (23 hal), lisenziyadan kənar iş və fəaliyyət (4 hal), sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma (4 hal), sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma (1 hal), lisenziya şərtləri sualı üzrə (1 hal – protokol tərtib edilməyib) müəyyən nöqsanlar aşkar edilib. Qeyd olunub ki, aşkar edilən hallar üzrə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək, müvafiq icraata göndərilib.
Səhiyyə Nazirliyi və TƏBİB lazım idi ki, vaxtında bu qanunsuz əməl sahiblərini dərsini verəydi…
A.Məmmədli