21 Noyabr 2025 / 14:12

Müəllimlərə sertifikasiya imtahanları zamanı kömək göstərildiyi “bunker” aşkarlanıb

Özbəkistan Dövlət Təhlükəsizlik Xidməti Namanqanda məktəb müəllimlərinə sertifikat imtahanları zamanı məsafədən kömək göstərmək üçün pul ödənildiyi qondarma “bunker” aşkar etdiyini bildirib.

Tezadlar.az   xəbər verir ki, DTX keçirilmiş əməliyyatın təhsil sistemində çalışan vəzifəli şəxslər tərəfindən təşkil edildiyini açıqlayıb.

Xidmətin məlumatına görə, Namanqanın Dövlətabad rayonundakı məktəbin direktor müavini, şöbə  müdiri və Namanqan Dövlət Texniki Universitetinin mütəxəssisi digər şəxslərlə birlikdə “bunker” yaratmaq üçün gizli şəkildə əlbir olublar.

Qeyd olunur ki, məktəbin direktor müavini və “bunker”i idarə edən 2001-ci il təvəllüdlü vətəndaş əvvəllər də oxşar cinayətə görə məsuliyyətə cəlb olunublar.

Baş Prokurorluğun İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi ilə birgə aparılan əməliyyat zamanı “bunker” kimi istifadə edilən evə baxış keçirilib. Orada test tapşırıqlarını həll etmək üçün 12 müəllim olub. Noutbuk, qulaqcıq, gizli kameralar, Wi-Fi routerlər və digər əşyalar götürülüb.

İlkin araşdırma zamanı məktəbin direktor müavini və digər iştirakçıların imtahanlardan keçməyi təmin edəcəklərini vəd edərək müəllimlərdən 1300-1500 dollar tələb etdikləri müəyyən edilib. Belə ki, onlar təkcə sentyabr və oktyabr aylarında 25.000 dollar alıblar.

Şübhəlilərə qarşı Özbəkistan Respublikası Cinayət Məcəlləsinin 168-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi və 211-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə 28-ci maddəyə qədər cinayət işi açılıb. Araşdırma davam edir.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!