Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Vakant yerlərin müəyyənləşdirilməsi ilə bağlı vahid və sistemli yanaşma mövcuddur. Vakant yerlərin müsabiqəyə çıxarılması şəxsi yanaşmadan asılı şəkildə deyil, mövcud qaydalara uyğun olaraq həyata keçirilir”. Tezadlar.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) şöbə müdiri Nurlan İsmayılbəyli mediaya açıqlamasında belə deyib. Sitat: “…Son illər əməkhaqqı sistemi və ümumi təhsil müəssisələrinin idarə olunmasının elektron sistemlə aparılması nəticəsində ölkə üzrə hansı istiqamətlərdə müəllimlərin çalışdığı, hansı ərazilərdə müəllim çatışmazlığının mövcud olduğu dəqiq şəkildə monitorinq olunur. Formalaşan yanlış təsəvvürlərdən biri ondan ibarətdir ki, əgər hər hansı müəllim işdən ayrılırsa (yaş həddi, müxtəlif səbəblər və ya sertifikatlaşdırma nəticəsində), onun dərs saatları dərhal müsabiqəyə təqdim edilməlidir. Lakin bu bütün hallarda tətbiq olunan mexanizm deyil. Bəzi məktəblərdə ehtiyac duyulandan artıq ibtidai sinif müəllimləri mövcud olur. İbtidai siniflərdə ehtiyacın hesablanması daha asandır — mövcud siniflərin sayı müəllim ehtiyacını birbaşa müəyyən edir. Digər fənlər üzrə, xüsusilə yuxarı siniflərdə dərs yükünün formalaşma prinsipləri fərqləndiyindən ehtiyacın müəyyənləşdirilməsi daha çox meyar üzrə həyata keçirilir”.
N.İsmayılbəyli onu da deyib ki, yuxarı siniflərdə “bir sinif – bir müəllim’” prinsipi tətbiq edilmədiyinə görə dərs saatları üzrə bölgü aparılır və nəticədə azsaatlı dərs yükü ilə təminat halları yaranır: “Aparılan təhlillər göstərir ki, hər bir müəllimin işdən ayrılması müəssisədə mütləq vakant yer formalaşdırmır və bəzi hallarda müəllimlərin çıxması həmin məktəbdə yüksək qiymətləndirmə nəticəsi olan müəllimlərin dərs yükünün artırılmasına gətirib çıxarır”.