21 Noyabr 2025 / 19:47

Şəhərdə içməli su xəttində qəza baş verib

Sumqayıt şəhərinin bəzi ərazilərində içməli suyun verilişində müvəqqəti kəsinti müşahidə olunur.

ADSEA-dan Tezadlar.az-a verilən məlumata əsasən, kəsinti ərazidə baş verən içməli su borusunda qəza ilə bağlıdır. Hazırda qəzanın aradan qaldırılması üzrə işlər Sumqayıt Sukanal İdarəsinin əməkdaşları tərəfindən davam etdirilir.

Məlumatda qeyd olunub ki, işlərin axşam saatlarına qədər yekunlaşdırılması planlaşdırılır və suyun verilişi tam bərpa olunacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!