25 Noyabr 2025 / 09:47

AK prezidenti Ukraynada əhəmiyyətli irəliləyişlər olduğunu açıqladı

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, ABŞ-ın da daxil olduğu Cenevrə danışıqları Ukraynadakı münaqişənin həllində irəliləyiş əldə etməyə kömək edib.

Tezadlar.az xəbər verir ki, “RİA Novosti” onun sözlərini sitat gətirib.

Avropa Birliyi liderlərinin Luandada keçirilən qeyri-rəsmi görüşündən sonra fon der Leyen Ukraynada əhəmiyyətli irəliləyişlər olduğunu açıqlayıb.

O qeyd edib ki, “Hələ görüləsi işlər olsa da, bu gün artıq daha da irəliləyiş üçün möhkəm təməlimiz var”.

Əvvəllər fon der Leyen ərazi güzəştlərinin və Ukrayna Silahlı Qüvvələrinin (USQ) sayının azaldılmasının qarşısının alınmasını tələb etmişdi. O qeyd edib ki, bu, ölkəni həssas edə və Avropa təhlükəsizliyinə xələl gətirə bilər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!