Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İngiltərənin “Liverpul” klubu futbolçusu İbrahima Konatenin qarşısına şərt qoyub.
Tezadlar.az “Get French Football News”a istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi müqaviləsinin müddətinin uzadılmasına razı olmasa, Mersisayd təmsilçisi onu qış transfer dönəmində satmağa hazırdır.
Hazırkı ölkə çempionu yeni sözləşmə ilə bağlı təklifini irəli sürüb, lakin fransalı oyunçu hələlik bununla razılaşmayıb.
“Liverpul” futbolçunu pulsuz buraxmamaq üçün satmağı da düşünür.
Qeyd edək ki, Konate cari mövsüm bütün turnirlərdə 17 oyuna çıxıb. Onun müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.