Əsas məzmuna keç

Ronaldonun klubu satışa çıxarıla bilər

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubu 184 milyon avro məbləğində borcu səbəbindən satışa çıxarıla bilər.

Tezadlar.az xəbər verir ki, bu məlumatı “Bloomberg“ yayıb.

Qeyd olunur ki, İtaliyanın “Milan” və Fransanın “Tuluza” klublarının sahibi olan “RedBird Capital Partners” şirkəti “Əl-Nəsr”ə mümkün investisiya yatırılması ilə bağlı danışıqlar aparır.

Bundan əlavə, portuqaliyalı hücumçu Kriştiano Ronaldonun klubun səhmlərinin 20 faizədək hissəsini satın ala biləcəyi bildirilir.

Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə keçirilən səkkiz turdan sonra “Əl-Nəsr” 19 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Komanda lider “Əl-Hilal”dan beş xal geri qalır.

Kriştiano Ronaldo cari mövsümdə dörd qol vurub. Çempionatın bombardiri isə 11 qolla Ayvan Tonidir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…