25 Noyabr 2025 / 21:00

Yol genişləndirilməsi yarımçıq qaldı: asfaltdan iti dəmir çıxır – VİDEO

Sosial şəbəkələrdə yayılan video müzakirələrə səbəb olub.

Tezadlar.az xəbər verir ki, videonu çəkən şəxsin dediyinə görə yolun genişləndirilməsi zamanı işlərin tam görülməməsi səbəbindən qəza vəziyyəti yaranır.

Belə ki, yol kənarındakı dəmir sədlər kəsilərək yol genişləndirilib, ancaq kəsilən dəmirin qalıqları asfaltdan çıxarılmayıb. Ucu iti qalan dəmirlər avtomobillərin təkərlərinin partlaması riski yaradır.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!