Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İtaliyanın “Kremonese” klubunda çıxış edən futbolçu Ceymi Vardinin evi qarət olunub.
Tezadlar.az “Daily Mail” qəzetinə istinadən xəbər verir ki, hadisə A Seriyasının XII turunun “Kremonese” – “Roma” oyunu zamnaı baş verib.
Mənbənin bildirdiyinə görə, ingiltərəli futbolçuya dəyən ziyan 80.000 funt sterlinqdir. Oğrular saat, zinət əşyaları, pul və digər qiymətli əşyaları götürərək qaçıblar.
Qeyd edək ki, bu mövsümdən “Kremonese” klubunda çıxış edən Vardi 8 matçda 2 qol vurub. 38 yaşlı hücumçu 2012-ci ildən 2025-ci ilə qədər ölkəsinin “Lester Siti” klubunda forma geyinib. O, sabiq komandasının heyətində müxtəlif yarışlarda 500 oyun keçirib və 200 dəfə rəqib qapılarına yol tapıb.