26 Noyabr 2025 / 08:29

Əgər üz dərinizin tez yaşlanmasını istəmirsizsə, yumaq sayını azaldın

Üz dərinizi tez-tez suya məruz qoymaq qıcıqlanmaya və ya hətta nəm çatışmazlığına səbəb ola bilər. Susuzlaşmış dəri qabıqlanır, dartılır və qırışlar daha tez əmələ gəlməyə başlayır – çətin ki, bunu kimsə istəsin.

Əvvəllər üz yumanı səhər və axşam  – gündə iki dəfə norma hesab edən alimlər indi belə düşünmürlər:

Səhər və axşam üz yumaq dərinin vaxtından əvvəl qocalmasına səbəb ola bilər.

Tezadlar.az   xəbər verir ki, bu barədə Britaniya alimləri araşdırma aparıblar.

Tədqiqatda 100-dən çox insan iştirak edib və onlar iki qrupa bölünüb: birinci qrupda epidermis problemi olanlar, ikinci qrupda isə sağlam dəriyə malik şəxslər olub.

Araşdırmanın nəticəsinə görə, həm səhər, həm də axşam üzünü yuyan insanlar 5 ballıq şkala üzrə dərilərinin vəziyyətini 2 balla qiymətləndiriblər. Bunun səbəbi, yuma zamanı dəridə olan və dərini cavan saxlayan “acinetobacter” bakteriyasının silinməsidir.

Alimlər məsləhət görürlər ki, üzün gündə cəmi bir dəfə yuyulması vacibdir. Bu zaman dəri üçün faydalı mikroorqanizmlər qorunub saxlanır və dərinin cavan qalmasına kömək edir. Onlar həmçinin düzgün qidalanmanı, fiziki aktivliyi, sağlam yuxunu və zərərli vərdişlərdən uzaq durmağı tövsiyə edirlər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!