26 Noyabr 2025 / 09:30

İdmançının söyüşü ona 59 min dollara başa gəldi – FİA cərimələdi

Britaniyalı “McLaren” pilotu Lando Norris “Las-Veqas” Qran-prisində yarışdan sonrakı müsahibə zamanı söyüş söydüyünə görə Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən cərimə edilib.

Tezadlar.az   xəbər verir ki, Norris 59.000 dollar cərimələnib.

Yarışdan sonrakı müsahibə zamanı Norris ilk döngədə “Red Bull” pilotu Maks Verstappenə uduzduğunu təsvir edərkən sözügedən ifadələri işlədib.

Norris yarışda ikinci yeri tutsa da, sürüşmə lövhəsindəki həddindən artıq aşınmaya görə diskvalifikasiya edilib. Ferstappen qalib gəlib, “Mercedes” pilotu Corc Rassel Norrisin diskvalifikasiyasından sonra ikinci, komanda yoldaşı Andrea Kimi Antonelli isə üçüncü yeri tutub.

idman.biz

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!