Əsas məzmuna keç

RUSİYANIN UKRAYNADA FOSFOR BOMBASINDAN İSTİFADƏSİ TƏSDİQLƏNDİ

Rusiya ordusu planlaşdırılan arzusuna çata bilmədiyindın mülki obyektləri dağıtmaq üçün bütün vasitələrdən istifadə edir.

Və ilk dəfə olaraq Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunun üzərinə fosfor və ya yandırıcı bombalar atıb. Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə  şəhər merinin müşaviri Petr Andryuşenko deyib. Sitat: “Mariupol, “Azovstal”. Yenə – göydən, dənizdən, yerdən. Dünən Rusiya hərbçiləri ilk dəfə olaraq Mariupolun müdafiəçilərinə qarşı yandırıcı və ya fosfor bombalarından istifadə ediblər”.

Rusiyanın digər şəhərlərdə törətdiyi qətliamlar və fərqli hərbi cinayətləri də xüsusi beynəlxalq komissiya tərəfindən araşdırılır.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…