Yevlaxda baş vermiş yol-nəqliyyat hadisəsində ölənlərin şəxsiyyəti məlum olub.
Tezadlar.az xəbər verir ki, qəza nəticəsində həyatını itirənlər 1996-cı il təvəllüdlü Emil Qurban oğlu Paşayev və 2002-ci il təvəllüdlü Oruc Aydın oğlu Məmmədovdur.
Ölənlərin hər ikisinin avtomobil ustası olduğu bildirilir.
———-
Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.
Tezadlar.az xəbər verir ki, hadisə oktyabrın 27-də rayonun Qaraoğlan kəndi yaxınlığında baş verib.
Qəza nəticəsində xəsarət alan iki nəfər saat 13:10 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onların həyatını xilas etmək mümkün olmayıb. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, hər iki şəxsin ölümü qeydə alınıb.
Məlumata görə, ölənlərin hər ikisi avtomobil təmiri ustası olub.







