Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak istefa verib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski videomüraciətində bildirib. Zelenskinin sözlərinə görə, Yermak istefa ərizəsi yazıb. O, Andrey Yermaka təşəkkür edib. Yeni Ofis rəhbərinə gəlincə, sabah bu quruma rəhbərlik edə biləcəklərlə məsləhətləşəcəyəm”, – Zelenski vurğulayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın hökumət məhəlləsindəki mənzilində axtarış aparılıb.
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğunun (SAP) onun mənzilində axtarış apardığını təsdiqləyib.
Yermak mətbuata açıqlamasında bildirib ki, o, cəbhə xəttinə gedəcək.
A.Məmmədli