Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ölkəmizin Bolqarıstandakı Səfirliyinin təşəbbüsü və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə “Ermənistan-Azərbaycan qarşıdurması: hüquqi aspektlər” kitabı işıq üzü görüb.
Kitabda müəllif geniş elmi material əsasında Ermənistan-Azərbaycan qarşıdurmasının bir sıra hüquqi problemlərini araşdırır, 44 günlük Vətən müharibəsində ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusunun möhtəşəm zəfəri, Ermənistanın tarixi torpaqlarımızda etdiyi vəhşiliklərin hüquqi nəticələri araşdırılır.
Qeyd edək ki, kitab bolqar dilində nəşr edilib, müəllifi Dövlət İdarəçilik Akademiyasının professoru Namiq Əliyevdir.
E.ŞİRİNOV