3 Dekabr 2025 / 15:45

Ana olmağa hazırlaşanlar, məzuniyyət müddəti ilə bağlı qanunda dəyişiklik edilir

Artıq hamiləliyə görə verilən məzuniyyətlə bağlı qanunda dəyişiklik edilir.

Tezadlar.az  xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılacaq və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmayacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!