3 Dekabr 2025 / 23:39

Mingəçevir Doğum Şöbəsinin baş həkimi vəzifədən azad edildi

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsinin baş həkimi vəzifəsindən azad edilib.

Tezadlar.az-ın məlumatına görə, şöbə müdiri Sevinc Allahverdiyeva tutduğu vəzifədən azad edilib.Onun işdən çıxarılma səbəbi açıqlanmayıb.

Şöbədə yeni kadr təyinatı həyata keçirilib. Xəstəxananın həkimi Gülbəniz Vəliyeva doğum şöbəsinin baş həkimi vəzifəsinə gətirilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!