4 Dekabr 2025 / 13:44

İki partiya sədri arasında dava qızışır

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə Milli Məclisin deputatı Fazil Mustafa arasında gərginlik davam edir…
Tezadlar.az xatırladır ki, Sərdar Cəlaloğlu Əli Kərimlinin vaxtilə müavini olmuş və hazırda Milli Məclisin deputatları olan – Fazil Mustafa, Qüdrət Həsənquliyev və Əli Məsimlinin adlarını çəkərək onların da istintaq prosesinə cəlb edilməli olduğunu iddia edib.  Partiya sədri bu şəxslərin vaxtilə Əli Kərimlinin maliyyələşdirilməsinin təmin edilməsi və onunla Ramiz Mehdiyev arasında rabitəni təmin etdiklərini qeyd edib.
 Sərdar Cəlaloğlunun barəsində dedikləri haqda deputat Fazil Mustafa bildirib ki, 2000-ci ildən Əli Kərimli və ətrafı ilə heç bir əlaqədə olmayıb:
“Əli Kərimli ilə son 21 ildə yaxınlığı olanlara baxmaq lazımdır. Bizim 2000-ci ildən sonra bu adam və onun yaxın çevrəsi ilə ilə heç bir kontaktımız, əlaqəmiz olmayıb. Ona görə də kimlər daha yaxın çevrəyə aiddirsə, onlar bunu edə bilərlər. Bundan sonra, hər hansı məsələni soruşanda ağlı başında olan adamlardan soruşun. Məntiqsiz fikirdir. Kimsə deyə bilər ki, kiminsə vasitəsilə nəsə baş verib. Mən sizə deyirəm, 2000-ci ildən sonra bu adamla əlaqəmiz olmayıb. Hətta Lalə Şövkətin barışıq əldə edilməsi istiqamətində televiziyada təşəbbüsü oldu, onda belə barışmadıq. O vaxtdan heç bir əlaqəmiz yoxdur”.
Beləcə, Ramiz Mehdiyev məsəəsi siyasilərin potensial enerjisini sınağa çəkir.
 Əslində, bu yaxşı haldır. Siyasətdən başqa hər şeylə məşğul olan sədrlərin hərdən qızışmağı da lazımdır ki, paslanıb qalmasınlar, “akkumlyator”ları zəifləməsin…
SƏBUHİ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!