Seneqalın paytaxtı Dakarda keçirilən IV Gənclər Yay Olimpiya Oyunlarında Gürcüstan yığmasının üzvü Emil İsmayılov boks üzrə qızıl medal qazanıb. Tezadlar.az xəbər verir ki, 55 kq çəki dərəcəsində final qarşılaşmasında İsmayılov avstraliyalı Marli Dod üzərində 5:0 hesabı ilə qələbə qazanaraq Gürcüstana bu oyunlarda ilk qızıl medalı qazandırıb.
Emil İsmayılov turnirin ilk görüşündə dominikanlı Maykl Reyesə 4:1, dörddəbir finalda isə livanlı Ramzi Hilala 5:0 hesabı ilə qalib gəlib. Yarımfinalda kanadalı Lisandro Qarsiya Rebelo əlindən aldığı zədə səbəbindən mübarizəni davam etdirə bilməyib və İsmayılov birbaşa finala yüksəlib.
Qeyd edək ki, bu, Gürcüstan idmançılarının Gənclər Olimpiya Oyunlarında qazandığı ikinci qızıl medaldır. 2018-ci ildə Buenos-Ayresdə keçirilən yarışlarda yunan-Roma güləşi üzrə Giorgi Çxikvadze çempion olub.







