6 Dekabr 2025 / 14:23

“Yaprak dökümü”nün baş qəhrəmanlarından biri əməliyyat olundu

Türkiyəli məşhur aktyor Halil Ergünün səhhətində problem yaranıb.

Tezadlar.az   xəbər verir ki, aktyorun ürəyindəki əsas damarlardan birində tıxanıqlıq aşkarlandığı üçün o, təcili əməliyyata alınıb. Önun damarına stent qoyulduğu və bir gecə xəstəxanada müşahidə altında saxlanılacağı bildirilib.

Qeyd edək ki,  Halil Ergün 1946-cı ildə Bursada doğulmuşdur. Məşhur aktyor Azərbaycanda da xeyli  izləyici kütləsinə sahib olan “Yaprak dökümü” serialında “Ali Rza bey” rolunu ifa edib. Serialın yayımından uzun illər ötsə də film hələ də sevilir və aktyorların möhtəşəm ifaları yaddan çıxmır.

Xatırladaq ki, usta oyunçu hələ illər öncə vəsiyyətini açıqlamış və  ölümündən sonra dəfn mərasimi keçirmək istəmədiyini, İznikdəki ailə qəbiristanlığında dəfn olunmaq istədiyini bildirib.

 

JASMİN

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!