Əsas məzmuna keç

Aysun efirdə səhhəti ilə bağlı danışdı

Müğənni Aysun İsmayılova səhhəti ilə bağlı yaşadığı narahatlıqdan danışıb.

Tezadlar.az xəbər verir ki, sənətçi “1001 şou” proqramında şəkər göstəricisi ilə bağlı müxtəlif vaxtlarda fərqli nəticələr aldığını açıqlayıb. O bildirib ki, əvvəlki müayinələrdən birində qan şəkərinin yüksək olduğu üzə çıxsa da, sonrakı yoxlamada belə bir problemin olmadığı deyilib. Yaxın vaxtlarda yenidən analiz verən müğənni isə bu dəfə də şəkər göstəricisinin yüksək olduğunu öyrənib.

Proqram zamanı Aysun studiyada bir daha ölçüm etdirib. Nəticədə onun qan şəkəri göstəricisi 131 olub.

Müğənninin efirdə səhhəti ilə bağlı danışması tamaşaçıların diqqətini çəkib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…