8 Dekabr 2025 / 16:33

Ukraynaya Niderlanddan 700 milyon avro ayrılacaq

Sülh danışıqları fonunda, Niderland hökuməti Ukraynaya əlavə 700 milyon avro ayıracaq. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” sosial şəbəkəsində bildirib. Sitat: “Ukraynaya dəstəyinə görə Niderlanda və XİN rəhbərinə (David Van Vilə – red.) minnətdaram. 2026-cı ilin əvvəlində hərbi təchizatın davam etdirilməsini təmin etmək qərarı həqiqi həmrəyliyin nümayişidir. Bu mühüm addım Ukraynada və bütün Avropada sülhə, təhlükəsizliyə və azadlığa olan ümumi sadiqliyimizi gücləndirir”.

Müharibə isə davam edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!