Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Xəzər” TV-də yayımlanan “İncə Səhər” verilişinin aparıcı Vüsalə Əlizadə təhsil sistemindən şikayətlənib.
Tezadlar.az xəbər verir ki, o, bu barədə sosial media hesabında bildirib. Aparıcı qızı Diləyin məktəbə daşımaq məcburiyyətində olduğu ağır çantasındakı dərslikləri, dəftərləri, əlavə vəsaitləri paylaşıb və vəzyyətin çox ciddi olmasına diqqət çəkib:
“Uşaq məktəbdən sonra evə ikiqat gəlib. Bilirəm ki, çox valideyn və uşaqların problemidir. Valla, ürəyim dözmədi. Sizdə də vəziyyət belədir? Uşaq qapıdan içəri girdi, gördüm ki, vəziyyəti çox pisdir. Dedim ki, çantanı aç, görüm içində nə var. Bəlkə sinif yoldaşlarına nəyisə göstərmək üçün əlavə şeylər aparıb. Hər dərsin 3 kitabı və 3 dəftəri var. Bu uşaqlar zülm çəkir. Bizim dövrdə bir dərslik və bir dəftərimiz var idi. Kitabların çoxluğu uşaqların yaxşı oxuması və ağıllı olması demək deyil. Hər dəfə də müəllimlər tələb edir ki, niyə filan dəftəri gətirməmisən?
Müasir dövrdəyik, kaş ki, bunları kompüterləşdirsinlər. Uşaqlara planşet verək, bütün proqramlar onun içində olsun və dərsə onunla gedib-gəlsinlər. Bu uşaqlar yazıqdır axı. Dilək hər gün deyir ki, boynum, belim ağrıyır. Kaş ki, bu təhsil sistemi dəyişsin. Uşaqlar çox ağır çantalar daşıyırlar. Onların bədən strukturu dəyişir, onurğasında problem yaranır. Bu, təhlükəli gələcək deməkdir. Kaş ki, təhsil sistemində bu fikrimizi dəstəkləyənlər olsun. Bu zülm, müsibət olmaz. Biz başı dolu, savadlı, amma şikəst uşaqlar istəmirik. Uşaqların sağlamlığı daha önəmlidir”.
