11 Dekabr 2025 / 17:35

Ergi yolu təmir ediləcək – Ağdam RİH başçısı Vaqif Həsənov şad xəbəri sakinlərə özü verib

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayonun Ergi qəsəbəsində sakinlərlə görüşüb.

Tezadlar.az  Ağdam RİH-ə istinadən xəbər verir ki, görüş zamanı qəsəbəyə gedən yolun yaxın günlərdə əsaslı təmir olunaraq asfalt örtüyünün döşənəcəyi sakinlərin diqqətinə çatdırıldı. Qəsəbə sakinləri onlara göstərilən diqqət və qayğıya görə, eyni zamanda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində aparılan işlərə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!