22 Dekabr 2025 / 12:37

Bu qadın məhkumlar azadlığına qovuşdu- FOTO

Bu gün Prezidentin təşəbbüsü ilə parlamentin qəbul etdiyi amnistiya aktı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində də icra olunub. Tezadlar.az xatırladır ki, bu cəzaçəkmə müəssisəsindən ilkin olaraq 22 nəfər azadlığa buraxılır. Azadlığa buraxılan qadınlardan 2-si azyaşlı övladı ilə birgə cəza çəkən qadınlardır.
 Amnistiya aktının ilkin siyahısına əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi, 3 mindən çox şəxsin cəzasının 6 ay azaldılması nəzərdə tutulur. Amnistiya ümumilikdə 20 mindən çox şəxsi əhatə edəcək. 
Xatırladaq ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya aktının elan edilməsi ilə bağlı təşəbbüslə Prezident İlham Əliyev çıxış edib. Bu təşəbbüsün əsasında Milli Məclis amnistiya elan edilməsi ilə bağlı qərar qəbul edib.
Azadlığı həbsxana ilə dəyişməmək üçün qanun-qaydalara əməl vacib şərtdir!
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!